ABŞ-ın Luizana ştatında helikopter qəzaya uğrayıb.
Yeniavaz.com “Haber Türk”ə istinadla xəbər verir ki, xüsusi "Bell 407" helikopteri magistral yola düşüb və alovlanıb. Nəticədə helikopterin pilotu dünyasını dəyişib.
Federal Aviasiya Administrasiyası (FAA) verdiyi məlumata görə, helikopterdə pilotdan başqa heç kim olmayıb.
Qəzanın görüntüləri isə həmin an yoldan keçən avtomobilin kameraları tərəfində görüntülənib. Həmin kadrları təqdim edirik: