Nazir azarkeşlik etdiyi klubu açıqladı - VİDEO


Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədəki idmanın, həmçinin futbolun vəziyyətinə münasibət bildirib. O, həmçinin özünün idmanla əlaqəsindən də söz açıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “İctimai TV”yə müsahibəsində danışıb.
Nazir bildirib ki, uşaqlıqdan futbola həvəsi olub:
“Azərbaycan çempionatında futbolun səviyyəsi bir o qədər yüksək olmadığı üçün biz də Avropa futboluna daha çox baxırdıq. Mən xatırlayıram, Avrokubok yarışları, adətən avqust-sentyabr aylarında başlayırdı. Biz heç oktyabra çatmırdıq, bütün komandalarımız uduzurdu, bununla da bizim Avrokuboklarda olan yolumuz bitirdi. Hər il biz səbrsizliklə növbəti iyunu gözləyirdik ki, hansısa komandamız avrokuboklarda oynayacaq”.
F. Qayıbov Azərbaycan futbol çempionatı barəsində də danışıb:
“O ki qaldı Azərbaycan çempionatına, bu, bizim problemimizdir desəm, yanılmaram. Bu bir faktdır. Hamımız da başa düşürük ki, bunu dəyişmək, komandaların sayını artırmaq lazımdır”.
Nazir müsahibəsində İspaniyanın “Barselona” klubuna azarkeşlik etdiyini də bildirib.
Həmin müsahibəni təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top