Məhkəmədə vəkil ermənilərin qandallarının açılmasını tələb edib - YENİLƏNİB


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İ.Sarqsyan bildirib ki, əvvəllər məhkum olunmayıb, məhkəmədən göndərilən sənədləri alıb və tanış olub: "Ali hərbi təhsilim var. Mühəndis istehkam qoşunlarında çalışmışam".
Daha sonra digər təqsirləndirilən V.Rafaelyan deyib ki, Ermənistanın Üçmüədzin şəhərində yaşayıb: "Ailəliyəm, iki oğlum var, əvvəllər məhkum olunmamışam. Mühəndis istehkam qoşunlarında çalışmışam". 
Məhkəmədə təqsirləndirilən şəxslərin diqqətinə çatdırılıb ki, onlar istədiyi müdafiəçiyə malik ola bilər və ya müdafiəçidən imtina da edə bilərlər. Eyni zamanda, onlara məhkəmədə vəzifələri haqqında məlumat verilib.
Qeyd olunub ki, dövlət ittihamçısı Zaur Qasımov olacaq.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq bildirib ki, hazırda müdafiə etdiyi şəxslərin cinayət əməli sübuta yetirilməyib, onlar təqsirsiz sayılırlar, qandalları açılmalıdır. 
Vəsatətə növbəti iclasda baxılacaq.
Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.

***15:08
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

Top