Türkiyə parlamentində bu dəfə qadınlar arasında dava düşüb – FOTOLAR


Türkiyə parlamentində 2022-ci il mərkəzi hökumət büdcəsi qanun layihəsinin maddələrinin müzakirə edildiyi zaman qadın deputatlar arasında dava olub.
Yeniavaz.com
“Sözcü” qəzetinə istinadən xəbər verir ki, hadisə parlamentdə büdcə müzakirələrinin 11-ci günündə yaşanıb.
Çıxış üçün söz alan hakim Ədalət və İnkişaf Partiyası Trabzon Millət vəkili Bahar Ayvazoğlu 10 dəqiqəlik çıxışının böyük bir hissəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, CHP millət vəkilləri və CHP-ni hədəf alıb. Ayvazoğlunun sərt sözlərindən sonra CHP Qrup sədr müavini Özgür Özəl salonda olan bütün CHP millət vəkillərinin hər biri üçün 2 dəqiqəlik söz tələb edib. Məclis sədrinin müavini Heydər Akarın bu tələbə müsbət cavab verməsi ilə iqtidar və müxalifət deputatları arasında gərginlik yaşanıb.
AKP və CHP-li qadın millət vəkilləri arasında baş verən davada onları araya girən kişi millət vəkilləri ayırıb.



Qeyd edək ki, Türkiyə parlamentində 8 dekabrda Daxili İşlər Nazirliyinin 2022-ci il üzrə büdcəsi müzakirə edilərkən deputatlar arasında əlbəyaxa dava olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top