Erməni istifadəçidən Azərbaycan dilində müraciət: "Bizi dəstəkləyin..." - FOTO


"Stefan" adlı erməni istifadəçi tvitterdə 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində (JESC) çıxış edəcək öz təmsilçiləri üçün azərbaycanlılardan səs istəyib.
Yeniavaz.com
xəbər verir ki, o sözügedən tviti Azərbaycan dilində yazıb:
“Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!”
Daha sonra isə sözügedən istifadəçi tvitterdəki səhifəsinin parametrlərini dəyişib. Belə ki, artıq sözügedən tviti yalnız onu izləyən şəxslər görə bilir.

Qeyd edək ki, müsabiqənin finalı dekabrın 19-da Fransanın paytaxtı Parisdə baş tutacaq. Finalda Azərbaycanı Sona Əzizova “O günlərdən biri” adlı mahnı ilə təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top