Ən yaşlı Sovet İttifaqı Qəhrəmanı dünyasını dəyişib


Ən yaşlı Sovet İttifaqı Qəhrəmanı, SSRİ-Finlandiya və Böyük Vətən müharibələrinin iştirakçısı Vasili Miçurin 106 yaşında Belarusun paytaxtı Minskdə vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Miçurin Qırmızı Ordu sıralarına çağırıldıqdan bir neçə ay sonra SSRİ-Finlandiya müharibəsi zamanı cəsur müdafiəsinə görə 1940-cı ilin aprelində Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzunu alıb.
Miçurinin ölümü ilə bağlı Müdafiə Nazirliyi onun ailə üzvlərinə və yaxınlarına baş sağlığı məktubu göndərib.
Qeyd edək ki, digər ən yaşlı Sovet İttifaqı Qəhrəmanı İvan Kustov Belarusda həyatını davam etdirir və onun 97 yaşı var.

DİGƏR XƏBƏRLƏR

Top