BMT Rusiyanın irəli sürdüyü qətnaməni qəbul etdi - ABŞ əleyhinə səs verdi


Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Rusiyanın irəli sürdüyü “Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə” haqqında qətnaməni qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi “Twitter” hesabında məlumat yayılıb.
Bildirilir ki, qətnamənin qəbulunun lehinə 130, əleyhinə 2 ölkə səs verib. 49 ölkə isə bitərəf qalıb.
Azərbaycan və Ermənistan qətnamənin lehinə səs veriblər. Türkiyə və Gürcüstan isə bitərəf qalıblar.
Qeyd edək ki, qətnamənin əleyhinə səs verən iki ölkə ABŞ və Ukraynadır.

DİGƏR XƏBƏRLƏR

Top