“Azəriqaz”dan borcların silinməsi məsələsilə bağlı açıqlama


"Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir".
Yeniavaz.com
“report”a istinadla xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev keçirdiyi "Açıq qapı" aksiyasında deyib.
"Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Orada bir çoxları “Azəriqaz”a olan borclarını qeyd edirlər. Amma bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Bu səlahiyyət “Azəriqaz”a aid deyil", - deyə o, qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top