Kamran Əliyev bu rayona qadın prokuror təyin etdi


Hacıqabul rayonuna yeni prokuror təyin edilib.
Yeniavaz.com
 xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.
K. Əliyevin digər əmri ilə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top