Şimali Koreyada 11 gün gülmək və içki içmək qadağan edildi


Şimali Koreya hökuməti 11 gün ərzində insanlara gülməyi və içki içməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb keçmiş lider Kim Çen İrin ölümünün onuncu ildönümü olmasıdır.
Kim Çen İrin matəm müddəti adətən 10 gün olsa da, bu il onun ölümünün onuncu ildönümünü qeyd etmək üçün 11 gün yas saxlanacağı açıqlanıb.
Radioya danışan Şimali Koreya vətəndaşı əvvəllər də belə tədbirlərin keçirildiyini bildirib:
“Keçmişdə yas zamanı içkili və ya sərxoş vəziyyətdə yaxalanmış bir çox insan həbs olunub və ideoloji cinayətkarlar kimi qəbul edilib. Onları aparıblar və bir daha geri qaytarmayıblar. Yas zamanı ailə üzvlərindən biri vəfat etsə belə, ucadan ağlamağa və yas müddəti bitməmiş cənazəni dəfn etməyə icazə verilmir. İnsanlar yas günlərində öz ad günlərini belə qeyd edə bilməzlər”.
Qeyd edək ki, Kim Çen İr 17 il ölkəyə rəhbərlik etdikdən sonra 2011-ci il dekabrın 17-də, 69 yaşında ürək tutmasından vəfat edib. Onun yerinə üçüncü və ən kiçik oğlu Kim Çen İn keçib.

DİGƏR XƏBƏRLƏR

Top