Nyu-Yorkda ilk dəfə polis rəisi qadın olacaq


Nyu-York meri Erik Adams Nyu York Polis Departamentinə (NYPD) ilk dəfə olaraq qadının rəhbərlik edəcəyini açıqlayıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, 49 yaşlı Keçant Sevel  əvvəllər narkotiklərlə mübarizə və girov danışıqları aparıb. Yanvar ayında departamentə rəhbərlik edəcəyi gözlənilən Sevell Nyu-Yorkun ilk qadın polis rəisi və eyni zamanda NYPD-yə rəhbərlik edən üçüncü qaradərili şəxs olacaq.
Qeyd edək ki, NYPD-dəki təxminən 35,000 polis əməkdaşından 18 faizi qadındır.
 

DİGƏR XƏBƏRLƏR

Top