
Goranboyda zəhərlənmə hadisəsi olub.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hadisə Veyisli kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü A.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb.
A.İsmayılovaya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalara başlanılıb.