Rusiya daha 3 yerli şirkətə alma və pomidor tədarükünə icazə verdi


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın üç müəssisəsindən pomidor və almanın tədarükünə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, dekabrın 17-dən bu Azərbaycan müəssisələrindən Rusiyaya pomidor və alma idxalına icazə verilir:
“Green product” LTD (Sabunçu rayonu), “TST Azərbaycan” (Suraxanı rayonu) və “Exotica” (Xətai rayonu).
Qərar Azərbaycanın səlahiyyətli departamenti tərəfindən, habelə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.
Qeyd olunur ki, hazırda Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.

 

DİGƏR XƏBƏRLƏR

Top