Bərdədə itləri güllələyən şəxs saxlanıldı


Bərdə rayonunda itləri güllələyərək öldürən şəxs saxlanılıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top