Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko parlamentin “Rada” telekanalının canlı yayımına daxil olaraq öz komandasını ölkədəki hazırkı hakimiyyətə işləməkdə ittiham edib.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, müvafiq video fraqment kanalın “YouTube” səhifəsində yerləşdirilib.
Poroşenko studiyaya Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Danil Getmansevlə gəlib.
Eks-prezident aparıcını “gənc qız” adlandırıb və ona bu qalmaqalda iştirak etməməyi tövsiyə edib.
Daha sonra yayımı tərk edib və etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. O, indiki Radada Avropa Həmrəyliyi fraksiyasına rəhbərlik edir.