Makron Azərbaycan dilində paylaşım etdi - FOTOLAR


Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində bu sözləri yazıb:
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”.

Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dilində “Ermənistan, Azərbaycan birlikdə!”- deyə şərh bildirib.

Qeyd edək ki, Fransa Prezidenti dəfələrlə erməni dilində paylaşımlar edib. O ilk dəfədir ki, Azərbaycan dilində paylaşım edir. 

DİGƏR XƏBƏRLƏR

Top