Lənkəranda gənc qadın intihar edib


Lənkəranda gənc qadın intihar edib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü G.A yaşadıqları evdə özünü asıb.
İlkin məlumata görə G.A ailə həyatı qurmayıb, atasının evində yaşayıb. Hadisə zamanı o, evdə tək olub. Ailə üzvləri hadisədən xəbər tutanda artıq gec olub.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və "təcili yardım" cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top