Narkotikin təsiri altında və sərxoş vəziyyətdə avtobus idarə edən şəxs həbs edilib - VİDEO


Narkotikin təsiri altında və sərxoş vəziyyətdə avtobus idarə edən şəxs həbs olunub.

Bu barədə yeniavaz.com-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, dekabrın 13-də BDYPİ-nin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb.
Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.
Toplanan materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top