Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb


Həbsdə olan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu Sezgin Rüstəmli tvitterdə məlumat verib.
S. Rüstəmli bu məlumatı professor Adil Qeybulladan aldığını bildirib.


Xatırladaq ki, S. Rüstəmlinin komaya düşdüyü iddia olunurdu.
Qeyd edək ki, qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə təqsirləndirilən Saleh Rüstəmli 28 fevral 2019-cu ildə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, 6 noyabrdan bəri həbsdə aclıq aksiyası edirdi.

DİGƏR XƏBƏRLƏR

Top