Saleh Rüstəmlinin səhhəti ilə bağlı açıqlama - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, bir müddətdir ki, həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, sabiq icra başçısı Saleh Rüstəmli bu gündən aclıq aksiyasını dayandırıb.
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, S. Rüstəmlinin həkimi Adil Qeybulla onun səhhəti ilə bağlı danışıb. A. Qeybulla bildirib ki, onların təkid və xahişləri nəticəsində Rüstəmli aclıq aksiyasını saxlayıb: “O, həm səhhətində yaranan problemləri, həm də xəstə qardaşının ona dəstək olaraq aclıq elan etməsini nəzərə aldı. Hazırda səhhəti nəzarətdədir. Səhhətinin korreksiyası və sonrakı reabilitasiyası üçün tədbirlər davam etdiriləcək. Onunla xeyli söhbət etdik və danışdıq.
Qeyd edim ki, komaya düşməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Bundan sonra hüquqi prosedur kimi dövlətin də yəqin ki humanitar addımları olar”.
Xatırladaq ki, S. Rüstəmli 40 gündən çoxdur həbsxanada aclıq aksiyası keçirirdi.

***14:08
Qarabağ qazisi, hazırda həbsxanada aclıq elan etmiş Saleh Rüstəmlinin komaya düşdüyü iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, hadisə gecə baş verib və S. Rüstəmli həkim müdaxiləsindən sonra özünə gəlib.

Xatırladaq ki, Saleh Rüstəmli 6 noyabrdan bəri həbsdə aclıq aksiyası edir.
Qeyd edək ki, Saleh Rüstəmli I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmli Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.

DİGƏR XƏBƏRLƏR

Top