Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib. Azərbaycan çempionatda 3 üzgüçü ilə təmsil olunur.
Yeniavaz.com xəbər verir ki, üzgüçülərimizdən Rəşad Alquliyev və Ramil Vəlizadə yarışda ilk iştiraklarını ediblər.
Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə ilə 56 idmançı arasında 53-cü yeri tutub.
Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə 59,74 saniyəyə üzərək 42 idmançı arasında 30-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatı dekabrın 21-i başa çatacaq.