Avropa İttifaqından Rusiyaya sərt xəbərdarlıq


Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində Şarl Mişel Rusiyaya Ukrayna ilə bağlı sərt xəbərdarlıq edib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Şarl Mişel sammit zamanı Rusiyanın Ukrayna sərhədində hərbi güc toplaması iddiaları ilə bağlı hadisələrin geniş müzakirə olunduğunu bildirib: 
“Biz NATO, G7, ABŞ, Böyük Britaniya, Aİ və Şərq Tərəfdaşlığı ölkələri olaraq Rusiyanın təhdidlərinə qarşı bir yerdəyik. Ukraynaya qarşı hərbi hücum olarsa, çox sərt cavab veriləcək və bu hücumun səbəbkarı çox ağır bədəl ödəyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top