Bakı metrosunda cibgir saxlanılıb


Bakı metrosunda cibgir saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top