Azərbaycan bəyannamənin Belarusla bağlı bu bəndinə qoşulmadı


Xəbər verdiyimiz kimi, dekabrın 15-i Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti keçirilib. Sammitin yekununda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə bəyannamə qəbul ediblər.
Yeniavaz.com
xəbər verir ki, Aİ Şurasının sədri Şarl Mişel Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmadığını və həmin bəndlə bağlı öz mövqeyini ifadə etdiyini rəsmən bəyan edib.
Azərbaycanın qoşulmadığı bəyannamənin 11-ci bəndində Aİ-nın Belarusun Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırmasından təəssüf etdiyi vurğulanır:
“Daha əvvəlki bəyanatları təkrar edərək, Aİ Belarus rəhbərliyi tərəfindən miqrant və qaçqınların alətləşdirilməsini, ümumilikdə siyasi məqsədlər üçün miqrantların alətə çevrilməsi ilə bağlı bütün insidentləri pisləyir”.
Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top