Uzun müddətdən sonra Putin Çinə səfər edəcək


Rusiya prezidenti Vladimir Putinin COVID-19 pandemiyası başlayandan bəri ilk dəfə Pekinə səfər edəcəyi gözlənilir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib:
“Mövcud razılaşmaya əsasən, Rusiya prezidenti 2022-ci ildə Çinə səfər edəcək və orada Çin lideri ilə bütün diapazon üzrə dərin ikitərəfli münasibətlərə, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq”.
Qeyd edək ki, liderlər sonuncu dəfə 2019-cu ilin noyabrında Braziliyada keçirilən BRİKS sammiti (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) çərçivəsində şəxsən görüşüblər.


 

DİGƏR XƏBƏRLƏR

Top