BƏƏ ABŞ-dan F-35 almaqdan imtina etdi


Birləşmiş Ərəb Əmirlikləri strateji tələblərini, xərclərini və faydalarını yenidən nəzərdən keçirmək üçün ABŞ-la F-35 alqı-satqısı danışıqlarını dayandırıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Vaşinqtondakı səfirliyi məlumat verib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi isə bildirib ki, bu gün mövzu ilə bağlı iki ölkə arasında danışıqlar baş tutacaq. Onun sözlərinə görə, ABŞ təhlükəsizliklə bağlı məsələlərdə güzəştə getmir və ümumiyyətlə silah satışının şərtləri danışıqlara açıq deyil.
 

DİGƏR XƏBƏRLƏR

Top