Goranboyda traktor qaz xəttini qırdı, çox sayda abonent qazsız qaldı


Goranboyda yer şumlayan traktor qaz xəttini zədələyib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, rayonun İravanlı kəndin yaxınlığında yer şumlayan traktor qaz xəttini zədələyib.
Nəticədə İravanlı və Boluslu kəndinin 600 yaxın abonent qazsız qalıb. Hazırda əraziyə Azəriqazın əməkdaşları cəlb olunub. Qəzanın nəticələri aradan qaldırılır.

DİGƏR XƏBƏRLƏR

Top