Masallıda ev yandı, 2 nəfər yanaraq öldü


15 dekabr 2021-ci il tarixində saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.


Yeniavaz.com FHN-ə istinadla xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top