Azərbaycanda nə qədər işsiz insan var? – Rəsmi AÇIQLAMA


Bu ilin dekabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 315,8 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com
-un Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 11 ay ərzində ölkədə işsizlərin sayı 60,1 min nəfər azalıb.
Onu da bildirək ki, Azərbaycanda işsizlərin sayı son 17 ildə ən yüksək səviyyəyə bu ilin əvvəlində çatıb.

İllər İşszilərin sayı
(min nəfər)
1 yanvar 2006 317,8
1 yanvar 2007 291,2
1 yanvar 2008 281,1
1 yanvar 2009 262,2
1 yanvar 2010 260,2
1 yanvar 2011 258,3
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
1 yanvar 2020 251,6
1 yanvar 2021 375,9
1 dekabr 2021 315,8

DİGƏR XƏBƏRLƏR

Top