Bakıda küçəyə şəhid jurnalistin adı verildi - FOTO


Binəqədi rayonunda yeni yaradılan küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun qardaşı Əsgər İbrahimov bildirib.
Onun sözlərinə görə, küçə M.İbrahimovun yaşadığı ünvan ərazisində yerləşir:
“Binəqədi Rayon İcra Hakimiyyətinin təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı ilə Rəsulzadə qəsəbəsində yaradılan yeni küçəyə qardaşımın adı verilib”.
Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərdə çəkilişə gedən qrup Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top