“Kontakt Home” eyni məhsulları Gürcüstanda Azərbaycandan daha ucuz satır – FAKTLAR


Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” Gürcüstanın paytaxtı Tblisidə yeni mağaza istifadəyə verib. 
Yeniavaz.com
xəbər verir ki, “Kontakt Home”un Gürcüstan vətəndaşlarına təqdim etdiyi məhsullar Azərbaycan vətəndaşlarına təqdim etdiyi məhsullardan nəzərəçarpacaq qədər ucuzdur. 
Məsələn, “Kontakt Home” “Kenwood” markalı (MG510) ətçəkən aparatı Bakıdakı mağazasında müştərilərə nağd alışda 165 dollara (280 manat), kreditlə alışda isə 186 dollara (316 manat) təqdim edir. Halbuki, eyni adda məhsulu (MG510) Tblisidəki mağazada müştərilərə 129 dollara (400 lari) təklif edir. 
Yaxud, Çin istehsalı olan “Hoffmann WFL-611W” adlı paltaryuyan aparatı Bakıdakı mağazasında müştərilərə nağd alışda 230 dollara (390 manat), kreditlə alışda isə 270 dollara (460 manat) təqdim edir. Halbuki, eyni adda məhsulu (MG510) Tblisidəki mağazada müştərilərə 193 dollara (600 lari) təklif edir. 
Digər əksər məhsulların qiymətində də bu cür kəskin qiymət fərqi mövcuddur.

Yeri gəlmişkən qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan "Almaniya brendi", "Almaniya istehsalı" kimi ifadələr silindi.

Həmin yazını aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:
“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR

Onu da bildirək ki, “Kontakt Home”un Gürcüstandakı mağazasının “Facebook” sosial şəbəkəsindəki hesabına istifadəçilərdən biri “Hoffmann”ın Almaniya brendi olub-olmadığını soruşub. Lakin, səhifənin adminləri bu suala cavab verməyiblər. Əvəzində isə suala “ürək” işarəsi atıblar. Göründyü kimi, “Kontakt Home”un Azərbaycanda olduğu kimi Gürcüstanda da “Hoffmann” adlı məhsulların Çin istehsalı olduğunu gizlətməyə çalışır.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top