
Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktoru dövlətdən 46 min manat mənimsəyib.
Prokurorluqdan Yeniavaz.com-a verilən məlumata görə, sabiq direktor Rahib Quliyev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış işin istintaqı aparılıb.
İstintaqla Rahib Quliyevin Dövlət Məşğulluq Xidmətinin digər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub 29 vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 145 min manatın 99 min manatını ödəyib, 46 min manat dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rahib Quliyevə Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz