Yenidən seçilən Cavid Qurbanov Azərbaycan çempionatını bərpa etdi


Uzun müddətdir dayandırılan voleybol üzrə Azərbaycan çempionatı bu həftə bərpa olunacaq.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, 17 dekabrda həm kişilər arasında Yüksək Liqada, həm də qadınlar arasında Superliqada oyunlar keçiriləcək. 
Çempionatda neçə komandanın mübarizə aparacağına isə sabaha qədər tam aydınlıq gələcək və onların adları bəlli olacaq. 
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmiryolları” ASC-nin rəhbəri Cavid Qurbanovdur. O, noyabrın 26-da yenidən AVF-nin prezidenti seçilib.

DİGƏR XƏBƏRLƏR

Top