Paşinyan İlham Əliyevi tvitterdə işarələdi – FOTO


Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyev ilə dəmir yolunun bərpası ilə bağlı razılığı gəlmələri barəsində “Facebook”da paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan “Twitter”də də eyni məzmunlu paylaşım edib.
Paylaşımın mətnində Paşinyan İlham Əliyevin adını hallandırarkən Azərbaycan Prezidentinin rəsmi “Twitter” hesabını işarələyib və bunları yazıb:
"Şarl Mişel və İlham Əliyevlə üçtərəfli görüşdə biz dəmir yolunun dövlətlərin suverenliyi və səlahiyyətləri altında qarşılıqlı prinsip əsasında qəbul edilmiş sərhəd və gömrük qaydalarına əsaslanaraq yenidən işə salınmasına dair razılaşmanı təsdiqlədik. Ermənistan Rusiya və İrana dəmir yolu çıxışı əldə edəcək".
Həmin paylaşımı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top