Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə ölüb


Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə ölüb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə Keşlə yük dəmiryol xəttinin üzərində qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC Bakıda baş vermiş dəhşətli ölüm hadisəsi ilə bağlı açıqlama verib.
QSC-dən  bildirilib ki, dekabrın 14-də saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:
“Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”.
Sözügedən gəncin Gədəbəy rayon sakini, 20 yaşlı Elfaq Rüstəmov olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top