Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Silahlı Qüvvələrini Baş Qərargah rəisi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Qeyd olunur ki, hazırda hakim dairələr indiki rəis Artak Davtyanın yerinə namizədlər axtarırlar.
Qeyd edək ki, Piloyan nazir təyin olunmazdan əvvəl ordu korpuslarından birinə komandanlıq edib, 44 günlük müharibədə fəal iştirak edib. O, 2020-ci ilin oktyabr ayının sonunda döyüş əməliyyatlarının getdiyi günlərdə Ermənistan prezidentinin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.