Ürəyinin 4 damarı dəyişdirilən şəxsə niyə əlillik təyin olunmur? - AÇIQLAMA


Şəmkir rayon sakini Məmmədov Maarif Yunis oğlu ona əlillik düşsə də, təyin olunmadığını iddia edir.

Bu barədə Yeniavaz.com-a onun oğlu məlumat verib.
Q.Məmmədov bildirib ki, M.Maarif 2013-cü ilin 28 avqustunda Mərkəzi Neftçilər xəstəxanasında açıq ürək əməliyyatı keçirib. Ürəyin 4 damarı da dəyişdirilib. Beş il müddətinə ona əlillik dərəcəsi təyin edilib.
Bu il əlillik dərəcəsinin vaxt bitdiyindən yenidən təsdiq edilməsi üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsə də, noyabrın 1-də əlillikdən imtina cavabı gəlib:
“İki dəfə nazirliyə getmişik. Nazirə bir teleqram, vurmuşuq amma problem həll edilmir. Birinci dəfə nazirlikdə olanda dedilər ki, xəstəxanada yatmalıdır. Şəmkir Mərkəzi Xəstəxanasında beş gün yatdıqdan sonra Gəncə Birləşmiş Ürək Xəstəxanasında yoxlanıb. Həkim deyib ki, ürəyi 39 faiz işləyir. Dediklərinə görə, 42 faizdən aşağı olanda müavinət təyin edilməlidir. İkinci dəfə nazirlikdə qəbulda olanda bunları dedim. Malik adlı şəxs (deyəsən, qəbul şöbəsinin müdiri idi) məni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirdi”.
M.Maarifin oğlu qeyd edir ki, DTSERA-dən müraciətlərinə cavab gəlib:
“”TSEK”-in cavabında diaqnoz kimi qeyd ediblər ki, əlavə müalicəyə ehtiyac olduğu üçün ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. Əgər xəstə deyilsə, niyə müalicə edilmək məsləhət görülür? Yox, xəstədirsə, niyə əlillik təsdiq edilmir?”
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, vətəndaşın əlillik müddəti 8 sentyabr 2021-ci ildə başa çatıb.
“Şəmkir rayon sakini Məmmədov Maarif Yunis oğlunun əlillik müddəti 8 sentyabr 2021-ci ildə başa çatıb. Əlillik müddətinin uzadılması ilə bağlı xəstəxanadan daxil olmuş göndərişə imtina cavabı verilib. Buna səbəb M.Məmmədovun son 7 ildə heç bir stasionar müalicə almadığının müəyyən olunmasıdır. Bu səbəbdən onun ixtisaslaşdırılmış müalicəsini davam etdirməsi barədə qərar verilib. Stasionar müalicə aldıqdan sonra əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top