“Torqovı”da Saleh Rüstəmliyə görə aksiya keçirilib - Saxlanılanlar var


Bir qrup şəxs Bakıda Fəvvarələr meydanında (“Torqovı”da) Qarabağ qazisi, hazırda həbsxanada aclıq elan etmiş Saleh Rüstəmliyə azadlıq tələbi ilə aksiya keçirib.
Yeniavaz.com
 xəbər verir ki, aksiyada saxlanılanlar var.
Xatırladaq ki, Saleh Rüstəmli 6 noyabrdan bəri həbsdə aclıq aksiyası edir.
Qeyd edək ki, Saleh Rüstəmli I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmli Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.

DİGƏR XƏBƏRLƏR

Top