“Biz bu məsələni Vladimir Putinlə heç vaxt müzakirə etməmişik”


“İndiki qazın qiyməti böhranının səbəbi, bunu necə adlandırım, bilmirəm. Açığı, mənə maraqlı deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə verdiyi müsahibəsində deyib.
Prezident Avropaya qaz nəqliyyatından da danışıb:
“Bizim Avropaya ənənəvi təbii qaz tədarükü ilə müqayisədə daha qısa nəql marşrutumuz var. Hamımız bilirik ki, bir sıra ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdikləri bəzi qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Və burada Azərbaycanı etibarlı tərəfdaş kimi, Avropanın dostu kimi, bütün infrastruktur işlərini artıq başa vurmuş bir ölkə kimi təsəvvür edin. Bizə ancaq Avropa Komissiyası və üzv dövlətlərlə, bizdən daha çox qaz almaq istəyənlərlə və ya bizdən yeni qaz almaq istəyənlərlə sıx əməkdaşlıq edib danışıqlara başlamaq qalır”.
Ölkə başçısı jurnalistin “Vladimir Putinlə söhbətinizdə o, yeni dəhlizin Rusiya qazına alternativ olması ilə bağlı narahatlığını ifadə edibmi?” sualına da cavab verib:
“Açığını deyim ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. İldə bir neçə dəfə mütəmadi olaraq görüşür və davamlı olaraq telefonla danışırıq, amma o, heç vaxt bu məsələni qaldırmayıb. Bu rəqabət məsələsi çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə heç bir şəkildə rəqabət apara bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top