
"Aİ Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə biz İlham Əliyev ilə dəmir yolunun bərpası ilə bağlı razılığı təsdiqlədik".
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb:
“Müvafiq olaraq, dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək”.
Paşinyan bildirib ki, Ermənistanın dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq.
Ermənistanın baş naziri təmasları davam etdirmək barədə razılığa gəldiklərini də sözlərinə əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz