Nazirlik əməkdaşı xidmət zamanı özünü asdı - YENİLƏNİB


Şəmkirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı intihar edib.
Yeniavaz.com
 unikal.org-a istinadən xəbər verir ki, hadisə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Şəmkir rayon taborunda qeydə alınıb.
Xidmət başında olan tabor nümayəndəsi Kənan Qurbanov hələlik naməlum olan səbəbdən özünü asaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.

***10:18
Şəmkir rayonunda intihar hadisəsi olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü K.Qurbanov rayonun Kür qəsəbəsində özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top