Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxub


Dekabrın əvvəlində 50-dən çox xarici işlər nazirinin iştirak etdiyi ATƏT-in İsveçdə keçirilən iclasında koronavirusa yoluxma halı qeydə alınıb.
Yeniavaz.com
İsveç KİV-nə istinadla xəbər verir ki, xarici işlər nazirləri ilə yanaşı jurnalistlərin və ekspertlərin də iştirak etdiyi iclasda 9 ölkədən 15 nəfər COVID-19 virusuna yoluxub. Onların arasında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da var. O, 10 günlük karantindən sonra işinə davam edə biləcək. 
Xatırladaq ki, sözügedən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top