Paytaxt yollarında tıxac: Avtobuslar gecikir - FOTOLAR


Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. 
Sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.
Nəticədə Yusif Səfərov-”28 May” m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-“Gənclik” m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

DİGƏR XƏBƏRLƏR

Top