ABŞ HHQ-nin 27 hərbçisi peyvəndə görə işdən çıxarıldı


ABŞ Hərbi Hava Qüvvələri COVID-19-a qarşı tətbiq edilən peyvənddən imtina edən 27 hərbi qulluqçunu işdən çıxarıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanek məlumat verib. O bildirib ki, hər hansı bir səbəblə peyvənddən azad olunan şəxslər istisna olmaqla, vaksin vurdurmayan hərbçilər işdən çıxarılacaq.
Qeyd edək ki, əmrə əsasən, Hərbi Hava Qüvvələrində noyabrın 2-dək, Hərbi Dəniz Qüvvələrində noyabrın 28-dək işçilər peyvənd vurdurmalı idi. Quru qoşunlarında isə dekabrın 15-dən gec olmayaraq peyvəndlənmə proses bitməlidir.




 

DİGƏR XƏBƏRLƏR

Top