Mingəçevir məktəbliləri V Ümumrespublika forumunda uğur əldə edib - FOTO


18 noyabr 2021-ci il tarixində Bakı şəhərində Ailə Qadın və uşaq Problemləri üzrə Dövlət komitəsi “Regional inkişaf”İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı  nümayəndəliyi ilə birgə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, forumun seçim mərhələsində Mingəçevirdən 20 şagird iştirak etmib. Onlardan 4 şagird Forumda iştirak etmək hüququ qazanıb. Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şagirdlərlə görüşüb onları təbrik edib, işlərində uğurlar arzulayıb. Eyni zamanda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunmuş şagirdlərə sertifikatları təqdim edib.
Məktəblilər görüş zamanı öz xoş təəssüratlarını bölüşüblər.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top