Ölkə başçısı Şarl Mişellə sərhədlərin delimitasiyasını müzakirə etdi - FOTO - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Yeniavaz.com xəbər veir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə həmçinin kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.


***17:45
Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövləti başçısı İlham Əliyevi qarşılayıb.

DİGƏR XƏBƏRLƏR

Top