Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23-də yerləşən “Synergy Hospıtalıty” MMC (VÖEN: 1403123971) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb.
Məlumat üçün bildirək ki, “Synergy Hospıtalıty” MMC-nin qeydiyyatda olduğu ünvanda bir-çox şirkət, o cümlədən də “Synergy Group” MMC qeydiyyatdan keçib.
“Synergy Group” MMC 25.01.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 milyon manat olan MMC-nin qanuni təmsilçisi əvvəllər Axundov Rauf Arif oğlu olub. Bu ilin əvvəlindən etibarən “Synergy Group” MMC –yə Elnur Xaləddin oğlu İsgəndərov rəhbərlik edir.
Qeyd edək ki, sabiq Vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Xaləddin İsgəndərov Binəqədi rayonunun sabiq İcra başçısı olub.
Onu da bildirək ki, “Synergy Group”un adı uzun illər mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub və hazırda bu şirkətə sabiq nazirin bacısı oğlu rəhbərlik edir.