
Bu ilin ilk 11 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 325 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ilin başa çatmasına bir ay qalmasına baxmayaraq bu son 7 ildə qeydə alınan ən yüksək göstərici olub.
Qeyd edək ki, Azərbaycan vətəndaşları təkcə ötən ay ərzində Türkiyədən 185 mənzil alıblar. Bu da, 2017-ci ilin oktyabr ayı istisana olmaqla ən yüksək aylıq göstərici olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabr ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb. Belə ki, 2020-ci ilin noyabr ayında azərbaycanlılar Türkiyədən 104 mənzil satın alıblar.
Onu da bildirək ki, son ildə 7 ildə Azərbaycan vətəndaşları Türkiyədən 7 min 412 mənzil alıblar:
| İllər | Mənzillərin sayı |
| 2015 | 815 |
| 2016 | 610 |
| 2017 | 942 |
| 2018 | 1 250 |
| 2019 | 1 191 |
| 2020 | 1 279 |
| 2021 Yanvar-Noyabr |
1 325 |
| Cəmi | 7 412 |
Tətbiqimizi yükləyə bilərsiniz