Berdiməhəmmədovla Rəisi Azərbaycanla imzalanan sazişi müzakirə etdilər


Türkmənistan prezidenti  Qurbanqulu Berdiməhəmmədov və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İbrahim Rəisi Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığında İƏT Sammitinə ev sahibliyi etdiyinə görə ölkəyə təşəkkür edib. Bundan əlavə, iki ölkə arasındakı münasibətlərlə yanaşı, Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsinə dair bağlanan saziş barədə də fikir mübadiləsi aparılıb:
“Qaz əməkdaşlığı və Türkmənistan-Azərbaycan qazının İran üzərindən nəqlinin həyata keçirilməsi sahəsində müsbət addımlar atılıb”.    
Berdiməhəmmədov da həmçinin Azərbaycan və Türkmənistan arasında İran ərazisindən keçən qaz mübadiləsi sazişini vacib hesab edib və üç ölkə arasında bu sahədə əməkdaşlıq üçün birgə komissiyanın yaradılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top