Yanıq xəsarətləri alan qaziyə əlillik təyin edilmir? – AÇIQLAMA + FOTOLAR


Sosial şəbəkələrdə qazi Rəşid Nurəhmədovun ağır vəziyyətdə olmasına baxmayaraq ona heç bir təqaüd, pensiya, müavinət təyin olunmaması ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, N.Rəşid Cəbrayılda hərbi maşınların vurulması nəticəsində yaralanıb. Qeyd olunur ki, maşındakı hər kəs şəhid olub, bir tək Rəşid sağ qalıb. Hadisə nəticəsində bədənində müxtəlif yanıq izləri, gözlərində, əlində ciddi xəsarətlər yaranıb. Bu vəziyyətə düşdükdən sonra onu işindən də azad edildiyi bildirilir.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, qazinin şikayəti nəzərə alınmaqla bir daha əyani müayinəyə cəlb ediləcək:
“Vətən müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviç 08.04.2021-ci il tarixində yerli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib. 10.08.2021-ci il tarixində isə əlilliyin qiymətləndirilməsi ilə bağlı şəxsə dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib. Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoz əlilliyə əsas vermədiyi üçün Rəşid Nurəhmədov barədə imtina qərarı verilib. Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək.
Rəşidin ailəsinə sığorta ödənişi (2750 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
Onu da bildirim ki, Vətən müharibəsi iştirakçısının sosial şəbəkə səhifələrində yayılan fotosu hazırkı vəziyyətini əks etdirmir. Rəşadın aprel ayında əyani müayinə zamanı çəkilmiş fotosunu sizə təqdim edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top